Simonyandan ŞOK ÇIXIŞ
16:10 DünyaSpiker Alen Simonyan parlamentin növbədənkənar iclasında tribunadan çıxış edərək hakim "Vətəndaş müqaviləsi" partiyasının bütün opponetlərini "qanuni" təqiblərlə hədələyib.
Olaylar.az xəbər verir ki, Simonyan "həddindən artıq danışan fəallara, aktyorlara, meymunlara və pul alan şəxslərə" müraciət edərək bildirib:
"Bəli, biz etik kodeksi qəbul etmişik. Amma baxın, baxın, məndən olsun - səhv etməyin. Hamınız hər şeyə görə qanun çərçivəsində cavab verəcəksiniz. Baxın, səhv etməyin. Bizim tərbiyəmizi, məsuliyyət hissimizi heç nə ilə qarışdırmayın. Bir daha təkrar edirəm: seçkiöncəsi proses başlayır. Yalnız bircə dəfə səhv edin!"
Parlamentin rəhbəri bu açıqlamanı İrəvanın keçmiş meri, hazırda isə deputat və Ermənistan Respublika Partiyasının üzvü olan Taron Marqaryanın köməkçisinin tənqidinə cavab olaraq verib. Həmin şəxs hakimiyyəti korrupsiyada və Milad yolkası üçün Yeni il oyuncaqlarının həddindən artıq şişirdilmiş qiymətlərlə alınmasında ittiham edib. (Musavat.com)