Netanyahu Avstraliya hakimiyyətini terror və antisemitizmlə mübarizədə zəiflikdə ittiham edib- ÖZƏL

İsrailin baş naziri Benyamin Netanyahu Avstraliya hakimiyyətinin terrorizm və antisemitizmlə mübarizədə kifayət qədər qətiyyətli addımlar atmadığını bildirib və vəziyyətin dərhal dəyişdirilməsini tələb edib. Olaylar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Netanyahu bu fikirləri 14 dekabr tarixində Sidneydə baş verən terror aktından zərər çəkmiş avstraliyalı yəhudilərlə telefon danışığı zamanı səsləndirib. O qeyd edib ki, baş verən cinayət əməlləri Avstraliya hakimiyyətinin "iradəsiz siyasəti" fonunda antisemitizmin genişlənməsinin nəticəsidir.
Baş nazir vurğulayıb ki, Avstraliya hökuməti terrorizmin kökünün kəsilməsi və yəhudi icmalarının təhlükəsizliyinin təmin olunması üçün bütün mövcud vasitələrdən dərhal istifadə etməlidir. Netanyahu, həmçinin İsrail dövlətinin Avstraliyadakı yəhudi icmasını dəstəklədiyini bildirib və "Habad" yəhudi dini hərəkatının nümayəndələrinə, eləcə də Avstraliya yəhudilərinə həmrəylik çağırışı edib.
Onun sözlərinə görə, dərin iman və mənəvi gücə söykənən Avstraliya yəhudiləri onlara qarşı düşmən münasibət bəsləyən qüvvələrə qətiyyətlə müqavimət göstərməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31