Tramp Krımı çox gözəl adlandırıb - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Krımı "ürək" adlandıraraq onun çox gözəl bir yer olduğunu bildirib.

"Krım ürək kimi idi... Mən hər dəfə xəritəyə baxanda düşünürəm: 'Ah, Krım nə qədər gözəldir'. Vau! O, dörd tərəfdən okeanla əhatə olunub... Onun sadəcə olaraq nəhəng potensialı var", - deyə Olaylar xəbər verir ki Tramp "Politico" nəşrinə müsahibəsində qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin çoxuşaqlı ailələrlə görüşündə demişdi ki, Krımın Rusiyaya birləşməsi krımlıların və sevastopolluların tarixi Vətənə qayıtmaq istəyinin nəticəsi olub.

2014-cü il martın 18-də keçirilmiş referendumun nəticələrinə əsaslanaraq Krım Respublikası və Sevastopolun Rusiya Federasiyasının tərkibinə qəbul olunması barədə müqavilə imzalanıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31