Ermənistan və Aİ arasında viza liberallaşdırılması prosesində irəliləyiş var – ÖZƏL

Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılması istiqamətində proses başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə 2 dekabrda keçirilən Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclasından sonra baş tutan brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Nazirin sözlərinə görə, hazırda həyata keçirilən Fəaliyyət Planı bu sahədə nəzərəçarpan irəliləyişə səbəb olur və nəticə etibarilə Ermənistan vətəndaşları üçün Aİ ölkələrinə vizasız səyahət imkanının əldə edilməsinə aparacaq.

Mirzoyan bildirib ki, Ermənistan-Aİ tərəfdaşlığı yeni mərhələyə - strateji əməkdaşlıq səviyyəsinə yüksəlir. Onun fikrincə, bu, İrəvanın ambisiyalarının son həddi deyil.

Nazir xatırladıb ki, Ermənistan parlamenti mart ayında ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı qanunu qəbul edib. O, Aİ ilə əməkdaşlığın ölkənin dayanıqlığını daha da gücləndirəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31