Axios: Ermak yaxın vaxtlarda ABŞ-a danışıqlar aparmaq üçün getməli idi - ÖZƏL

Vladimir Zelenskinin ofis rəhbəri Andrey Ermakın istefası onun ABŞ Prezidenti Donald Trampın komandası ilə sülh planı üzrə danışıqlar aparmaq üçün nəzərdə tutulan Mayami səfərindən bir gün əvvəl baş verib.

Olaylar bu barədə Axios portalına istinadla xəbər verir.

Ermakın istefası onun Tramp komandası ilə sülh planı üzrə danışıqlar üçün Mayamiyə nəzərdə tutulan səfərindən bir gün əvvəl baş verib.

Noyabrın 28-də Vladimir Zelenski Ukrayna liderinin aparat rəhbəri Andrey Ermakın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Eyni gün Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) istintaq çərçivəsində Ermakın evində axtarışların aparıldığını açıqlayıb.

Bloomberg isə yazır ki, Ermakın mümkün siyasi süqutu təkcə Kiyev rəhbərinin taleyinə deyil, həm də Ukrayna münaqişəsinin gedişatına təsir göstərə bilər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31