ABŞ 20 ölkədən gələn xarici vətəndaşların yaşıl kartlarını təftiş edəcək

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) Əfqanıstan da daxil olmaqla, 19 "narahat ölkədən" gələn xarici vətəndaşların yaşıl kartlarını yenidən yoxlayacaq.

Olaylar ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə USCIS direktoru Cozef Edlou sosial media hesabında bildirib.

O, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə narahatlıq doğuran ölkələrdən olan bütün xarici vətəndaşların yaşıl kartlarının tam və hərtərəfli yoxlanması barədə tapşırıq verdiyini vurğulayıb.

Bu qərar, ABŞ Milli Qvardiyasının iki əsgərinin Ağ Ev yaxınlığında güllələnməsindən bir gün sonra verilmişdir. Şübhəli şəxs, Əfqanıstan vətəndaşı olaraq 2021-ci ildə ABŞ-yə daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31