Siyarto: Rusiya və Macarıstan "Pakş-2" AES layihəsi üzrə razılığa gəliblər - ÖZƏL
20:53 DünyaMacarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Rusiya və Macarıstan "Pakş-2" atom elektrik stansiyasının tikintisinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Olaylar xəbər verir ki, Siyarto qeyd edib:
"Pakş AES-in tikintisi xeyli sürətlənəcək."
Nazirin sözlərinə görə, hazırlıq işləri plan üzrə davam edir və "ilk beton" 5 fevralda töküləcək.
Əvvəlcə Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş Prezidenti Co Bayden administrasiyasının "Pakş-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyaların tamamilə ləğv edildiyini açıqlamışdı.
"Rosatom" isə bildirib ki, "Pakş-2" layihəsi üçün Macarıstanda AES-in tikintisinə başlama lisenziyası verilib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31