Lavrov: Putinlə Orban arasında çox müsbət söhbət olub - ÖZƏL
20:34 DünyaRusiya və Macarıstan rəhbərliyi arasında Moskvada keçirilən danışıqlar çox müsbət keçib.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
"Düşünürəm ki, danışıqlar çox pozitiv və konstruktiv oldu", - deyə nazir VGTRK-nın jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib.
Noyabrın 28-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə Macarıstan Baş Naziri Viktor Orban arasında təxminən dörd saat davam edən görüş keçirilib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31