Bloomberg: Ermak ətrafındakı qalmaqal Ukrayna rəhbərliyini sarsıdır - ÖZƏL
19:56 DünyaUkrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbəri Andrey Ermakın mümkün siyasi süqutu təkcə Kiyev rəhbərliyinin gələcəyi üçün deyil, həm də Ukrayna münaqişəsinin gedişatı üçün ciddi nəticələr yarada bilər.
Məqalədə qeyd olunur ki, korrupsiya əleyhinə qurumlar Ermakın mənzilində axtarış apardıqdan sonra onun "rüsvayçı şəkildə mövqeyini itirə biləcəyi" ehtimalı Zelenskinin taleyinə və ümumilikdə münaqişənin dinamikasına təsir edən mühüm inkişaf kimi qiymətləndirilir.
Olaylar xəbər verir ki, korrupsiya qalmaqalının Zelenskinin ən yaxın əhatəsinə qədər uzanması fonunda Ermakı müdafiə etmək prezident üçün riskli addım sayıla bilər.
Bundan əvvəl "Financial Times" yazmışdı ki, əgər Andrey Ermak vəzifədən azad olunsa, Zelenski tənqidlər üçün özünə "günah keçisi" tapa bilməyəcək.
Noyabrın 28-də NABU aparılan istintaq çərçivəsində Ermakın evində axtarışların keçirildiyini açıqlamışdı.
İbrahim Məmmədli