Moskvada WhatsApp çökdü: Mesencer tamamilə dayanıb

Rusiyanın paytaxtında WhatsApp messencerinin genişmiqyaslı nasazlığı barədə kütləvi şikayətlər yayılıb.

Olaylar.az xəbər verir ki, istifadəçilərin sözlərinə görə, tətbiq nə Wi-Fi üzərindən, nə də mobil internetlə işləyir. Operator fərqi yoxdur, nə mesajlar göndərilir, nə də qəbul olunur.

Xatırladaq ki, 2025-ci ilin avqustundan Rusiya hakimiyyəti "təhlükəsizlik və dələduzluqla mübarizə" səbəbi ilə WhatsApp və Telegram-da səsli, çox vaxt isə videozənglərə məhdudiyyətlər tətbiq edib.

Bundan əvvəl isə dünən bütün Moskva üzrə internetin çökdüyü barədə məlumatlar yayılıb. Bu gün yaşanan tam bloklanma sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31