Orban: “Macarıstan Ukrayna ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır”- ÖZƏL

Macarıstan Ukrayna münaqişəsi ilə bağlı danışıqların aparılması üçün öz ərazisində platforma təqdim etməyə hazırdır. Olaylar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.
Onun sözlərinə görə, Macarıstan uzunmüddətli sülhün bərqərar olmasını vacib sayır və tərəflər arasında dialoqun təşviq edilməsini dəstəkləyir. Baş nazir əlavə edib ki, ölkəsi regionda sabitliyin bərpasına töhfə vermək niyyətindədir və bu məqsədlə danışıqlar üçün neytral məkan olmaqda maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31