NATO və Avropa İttifaqı müharibəyə hazırlaşır - ŞOK İDDİA
14:52 Dünya"NATO və Avropa İttifaqı, nə qədər qəribə səslənsə də, Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşmağa başlayıb".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Belçikadakı səfiri Denis Qonçar bildirib.
Onun sözlərinə görə, "NATO üzvləri əhalini guya Kremlin alyans ölkələrinə hücum planları ilə qorxudaraq, nə qədər absurd görünsə də, Rusiya ilə böyük müharibəyə hazırlığa başlayıb. Aİ isə sürətlə militarizasiya xəttini irəli aparır, sülh və firavanlıq naminə vahid Avropa ideyasını dəfn edir və Avropa İttifaqını NATO-nun əlavəsinə çevirir. Nəticədə Avropa qlobal çəkisini və rəqabət qabiliyyətini sürətlə itirir".
Rus səfirin iddiasına görə, Rusiya "qarşıdurma axtarmır", əksinə, "fikirlərini paylaşan tərəfdaşlarla birlikdə Avrasiya üçün vahid təhlükəsizlik memarlığının yaradılması üzərində çalışır".
O qeyd edib ki, Moskva dəfələrlə NATO dövlətlərinə "ümumavropa evinin təmirini" təklif edib - o cümlədən 2021-ci ildə qarşılıqlı təhlükəsizlik zəmanətlərini nəzərdə tutan hüquqi öhdəliyə malik sazişlər vasitəsilə - lakin "bütün təşəbbüslər ya təkəbbürlə rədd edilib, ya da ümumiyyətlə cavabsız qalıb". (Musavat.com)