Yermak istefa versə, Zelenski parlament və təhlükəsizlik strukturlarına nəzarəti itirə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın "Strana" nəşri yazır ki, prezident Volodimir Zelenskinin Aparat rəhbəri Andrey Yermaka qarşı Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən ittihamların hazırlanması onun mümkün istefasını gündəmə gətirir. Analitiklərə görə, Yermakın istefası Zelenski üçün hakimiyyət balansında ciddi dəyişikliklərə səbəb ola bilər.
Nəşrin məlumatına görə, Yermakın evində aparılan axtarışlardan sonra vəziyyətin gedişi birbaşa ona qarşı ittihamların irəli sürülüb-sürülməyəcəyindən asılı olacaq. Əgər cümə günü ittiham elan edilərsə, Yermakın həbs olunacağı və yüksək məbləğdə girov təyin ediləcəyi ehtimal edilir. Bu isə böyük ehtimalla onun istefası demək olacaq.
"Strana" yazır ki, Yermakın istefası Zelenski ofisinin parlament çoxluğu, hökumət və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) üzərindəki siyasi nəzarətinin itirilməsi ilə nəticələnə bilər. Çünki məhz Yermak bu strukturların siyasi koordinasiyasını həyata keçirirdi və NABU-ya qarşı addımların idarə olunmasında əsas fiqur idi.
Parlamentdə isə nəzarəti ya "Xalqın Xidməti" fraksiyasının rəhbərliyi - xüsusilə David Arahamiyanın ətrafı, ya da hökuməti istefaya göndərməyi hədəfləyən yeni müxalifət və parçalanmış hakim fraksiyasının bir hissəsindən ibarət çoxluq ələ keçirə bilər.
Yermaka qarşı rəsmi ittiham irəli sürüləcəyi təqdirdə, onun sülh danışıqlarında Ukraynanın baş müzakirəçisi kimi iştirakı da mümkünsüz olacaq. Əgər Yermaka ittiham elan olunmazsa, nəşr yazır ki, yaxın günlərdə Zelenski ofisindən antikorrupsiya qurumlarına və "anti-Zelenski müxalifəti"nin əsas nümayəndələrinə qarşı sərt qarşıhücumun başlanması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31