Yermakın ofisindəki axtarış Zelenskiyə zərbədir - Markov

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın ofisindəki axtarışlar Kiyevdə əsl sensasiya oldu.

Olaylar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Axtarış əməliyyatları NABU və SAP tərəfindən aparılır, onlar isə ABŞ FTB-nin nəzarəti altında hesab olunur. AB əvvəllər gizli şəkildə NABU-dan sülh danışıqları zamanı Zelenskini hədəf almamağı tələb etmişdi. Amma görünür, ABŞ FTB-si NABU üçün AB-dən daha vacib olub. Yermakla bağlı axtarışlar Zelenskiyə güclü zərbədir. Onun rəqibləri Zelenskidən hakimiyyətdən tam imtina etməsini, "banderaçılar" və qərbyönlü Soros partiyası, yəni qrant yeyənlərin daxil olduğu milli birlik hökuməti yaratmasını tələb edirlər", - o bildirib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31