ABŞ sülh planını Moskvaya göndərdi - Peskov
13:30 DünyaVaşinqton Cenevrədə keçirilən ABŞ-Ukrayna məsləhətləşmələrinin nəticələrinə əsasən düzəliş edilmiş Ukrayna ilə bağlı sülh planının parametrlərini Moskvaya göndərib.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Əsas parametrlər ötürülüb və gələn həftə Moskvada danışıq olacaq", - o bildirib.
Qeyd edək ki, noyabrın 23-də ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik sülh planı ilə bağlı məsləhətləşmələr aparıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31