Korrupsiya qalmaqalı: Rusiyada 1.1 milyard dollar oğurlanıb

Dövlətə məxsus "Enerqoatom" enerji şirkəti ətrafındakı korrupsiya qalmaqalı Ukraynada böyük bir siyasi böhrana səbəb olub. Bu, Rusiya təbliğatı və Vladimir Putin tərəfindən Ukraynaya qarşı fəal şəkildə istifadə olunur. 2025-ci ildə isə Rusiyada dörd korrupsiya qalmaqalı müzakirə olunub və nəticədə dövlət büdcəsinə dəyən zərər Ukrayna işindəki itkilərdən çox olub və əsas korrupsiya işlərindən dəyən ümumi zərər "Enerqoatom" işində mənimsənilən məbləğdən bir neçə dəfə çoxdur.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat "Agentstvo"nun analizlərində yer alıb.

"Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun məlumatına görə, sxem iştirakçıları "Enerqoatom" müqavilələri çərçivəsində rüşvətdən təxminən 100 milyon dollar qazana biliblər.

Bu, Rusiyada bu il başlanmış, davam edən və ya bağlanmış 20 ən böyük korrupsiya işindəki zərərlərdən (88,9 milyard rubl və ya 1,1 milyard dollardan çox) 10 dəfə azdır. Bu siyahıya büdcədən mənimsəmə ilə bağlı işlər və hazırkı və ya keçmiş hökumət məmurları ilə bağlı işlər daxildir. Bu işlərin yalnız dördündəki zərərlər "Enerqoatom" işindəki zərərləri üstələyib", - məlumatda qeyd olunub. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31