Ermənistan: Paşinyan hakim partiyada qadın deputatları "rotasiya" etməyi planlaşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan hakim fraksiyadakı qadın deputatların "rotasiyasını" həyata keçirməyi planlaşdırır.

Məlumata   görə, növbəti seçki siyahısı tərtib edilərkən, "keçid" yerləri Baş nazirin həyat yoldaşı Anna Akopyanın təşəbbüsü ilə başladılan "Öyrənmək dəbdədir" hərəkatının iştirakçıları tərəfindən tutulacaq.

Mənbə  qeyd edir ki, hazırkı qadın deputatlar isə siyahının son sıralarında yerləşdiriləcəklər.
Bu qərarın səbəbi rəsmi olaraq açıqlanmasa da, nəşr hakim partiyanın səlahiyyətli qadın kadrlar qıtlığı ilə üzləşdiyini vurğulayır.

Xatırladaq ki, Ermənistan Milli Məclisinə növbəti seçkilər 2026-cı ilin iyun ayında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31