Kosta: Ukrayna planından NATO və Aİ ilə bağlı bütün bəndlər çıxarılıb- ÖZƏL
12:30 DünyaAvropa Şurasının sədri Antonio Kosta Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni plan layihəsindən NATO və Avropa İttifaqına aid bütün maddələrin çıxarıldığını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, Handelsblatt qəzetinə müsahibəsində Kosta bildirib ki, ABŞ və Ukrayna tərəfindən hazırlanmış sənədin son işçi variantında həm Aİ-ni, həm də NATO-nu əhatə edən bütün bəndlər plandan çıxarılıb. Onun sözlərinə görə, Vaşinqton hazırlanan ideyaları bundan sonra Rusiya ilə müzakirə etməlidir. Kosta əlavə edib ki, Ukrayna ərazisi və onun silahlı qüvvələrinin ölçüsü ilə bağlı qərarlar Kiyevin özü tərəfindən verilməlidir: "Ukrayna ərazisi və ordusunun həcmi barədə qərarları heç kim Ukraynanın əvəzinə qəbul edə bilməz".
Avropa Şurasının sədri həmçinin qeyd edib ki, Avropanın təhlükəsizlik məsələlərinə dair müzakirələr NATO çərçivəsində aparılmalıdır: "Bu mövzunu NATO-dan kənarda müzakirə etməyə heç bir səbəb yoxdur".
Onun sözlərinə görə, sanksiyalar, genişlənmə və dondurulmuş aktivlərlə bağlı qərarlar isə yalnız Avropa İttifaqının səlahiyyətindədir.