Hindistan XİN: Putinin səfəri Moskva–Yeni Dehli münasibətlərində irəliləyişi dəyərləndirmək imkanı yaradacaq- ÖZƏL

Hindistan Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin planlaşdırılan Hindistan səfərinin iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Olaylar.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, səfər Moskva ilə Yeni Dehli arasında strateji tərəfdaşlıqda əldə olunan irəliləyişin dəyərləndirilməsinə və gələcək istiqamətlərin müəyyənləşdirilməsinə imkan verəcək.
Rəsmi Yeni Dehli səfərin iki ölkə arasında enerji, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31