Kreml təsdiqlədi: Putin və Orban bu gün görüşəcək

Rusiya Prezidenti Vladimir Putin və Macarıstan Baş naziri Viktor Orban bu gün Moskvada görüşəcək.

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan öncə Orbanın Putinlə görüş üçün Moskvaya gələcəyi haqda məlumat yayılmışdı. Görüşün məqsədi Rusiyadan Macarıstana qaz və neft nəqlinin davam etdirilməsini təmin etmək olacaq. Bundan başqa, görüş zamanı tərəflərin müzakirə edəcəyi məsələlər arasında Ukraynadakı münaqişənin həlli planını müzakirə etmək də var. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31