Tatoyan Paşinyanı 15 yanvarda açıq debatlara dəvət etdi- ÖZƏL

Ermənistanın sabiq ombudsmanı və "Birliyin Qanadları" siyasi təşəbbüsünün qurucusu Arman Tatoyan baş nazir Nikol Paşinyanı rəsmi şəkildə açıq ictimai debatlara dəvət edib. Olaylar.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib. Tatoyanın sözlərinə görə, o, Paşinyanı 15 yanvar saat 19:00-da canlı yayım vasitəsilə baş tutacaq açıq debatda iştirak etməyə çağırıb. "Təklif etmişəm ki, Paşinyan yanvar ayında debatın keçiriləcəyi gün, saat və məkanı özü də müəyyən edə bilər. Həmçinin məktub rəsmi şəkildə hökumət aparatına göndəriləcək", - deyə Tatoyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31