İrəvanı qarışdıran ssenari: Simonyanla bağlı gizli plan üzə çıxdı

"Ermənistan parlamentinin spikeri Alen Simonyan növbəti parlamentdə olmayacaq, çünki o, adi deputat statusu ilə razılaşmayacaq".

Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

"Bir müddət əvvəl deyilirdi ki, Vahaqn Xaçatryanın səlahiyyət müddəti bitəndə və ya o, vaxtından əvvəl istefa verəndə, Alen Simonyanı prezident postu üçün nəzərdən keçirirlər. Lakin görünür ki, artıq bu məsələ müzakirə olunmur. Baş nazir Nikol Paşinyan Simonyandan məyusdur və bunun səbəblərindən biri də onun şəxsi həyatıdır. Bundan əlavə, Paşinyanın artıq yeni favoritləri var", - deyə bildirilib.

Nəşr qeyd edib ki, partiya üzvlərinin sözlərinə görə, Alen Simonyan hələ 10 il xüsusi imtiyazlı statusdan istifadə edə biləcək:

"Belə ki, əgər növbədənkənar seçki keçirilməsə və o, iyunda səlahiyyətlərini başa vursa, qanuna əsasən dövlət mühafizəsi altında olacaq və növbəti 10 il ərzində parlamentin istefaya gedən sədrinə aid bütün imtiyazlardan - mühafizəçilər, xidməti avtomobil, mənzil və digər üstünlüklər - yararlana biləcək. Partiya nümayəndələrinin fikrincə, Simonyan vəzifə ilə bağlı öhdəliklərdən daha çox bu imtiyazları üstün tutur".

Qeyd olunub ki, Alen Simonyan səlahiyyət müddətini tam başa vuran ilk parlament sədri olacaq. "Ondan əvvəlki bütün sədrərə səlahiyyətlərini yarımçıq tərk etmişdilər", - deyə nəşr vurğulayıb. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31