Tramp jurnalisti sərt şəkildə tənqid etdi: “Siz axmaqsınız?”- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında Milli Qvardiya əsgərlərinə hücum edən Əfqanıstan vətəndaşı ilə bağlı sual verən jurnalisti "axmaq" adlandırıb. Olaylar.az xəbər verir ki, Associated Press-in məlumatına görə, hadisə Trampın Hərbi Qüvvələr Günü münasibətilə hərbi bazalarla canlı bağlantısından sonra baş verib.
Jurnalist Trampdan hücumda şübhəli bilinən əfqan şəxsin ABŞ-a daxil olmasına görə niyə Bayden administrasiyasını günahlandırdığını soruşub. Tramp isə sual qarşılığında sərt reaksiya verib:
"Siz suallar verirsiniz, çünki axmaq adamsınız", - deyə o, jurnalistin sualına cavab olaraq bildirib. Məlumata görə, jurnalist Trampın nəyə əsasən həmin şəxsin Bayden administrasiyası dövründə lazımi yoxlanış olmadan ölkəyə buraxıldığını iddia etdiyini dəqiqləşdirmək istəyib. Tramp isə cavabında:
"Çünki onlar (Bayden administrasiyası) onları içəri buraxdılar. Siz axmaqsınız? Siz axmaq bir insansınız? Onlar minlərlə digər insanla birlikdə təyyarə ilə gəldilər və onların burada olmamalı idi", - deyə əlavə edib.
Hadisə ABŞ-da immiqrasiya siyasəti ilə bağlı gərgin siyasi müzakirələrin fonunda baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31