Tramp üçüncü dünya ölkələrindən olan insanların ABŞ-a immiqrasiyasını qadağan edəcəyini bildirib- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən olan insanların ABŞ-a immiqrasiyasını qeyri-müəyyən müddətə dayandıracağını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, Truth Social platformasında yazıb. Tramp bəyan edib ki, prezidentlik müddətində ölkənin immiqrasiya sisteminin "tam bərpasına şərait yaratmaq" üçün üçüncü dünya ölkələrindən miqrasiya prosesini dayandıracaq. O həmçinin prezident Co Bayden dövründə verilmiş "milyonlarla qanunsuz giriş icazəsini" ləğv edəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ üçün "xalis gəlir gətirməyən və ya ölkəni sevməyə qadir olmayan" şəxslər ölkədən çıxarılacaq, vətəndaş olmayanlar üçün bütün federal imtiyazlar və subsidiyalar ləğv ediləcək.
Tramp əlavə edib ki, "daxili qaydanı pozan" və miqrant statusuna uyğun gəlməyən şəxslərin vətəndaşlığı əlindən alınacaq, cəmiyyət üçün yük sayılan, təhlükə yaradan və ya "Qərb sivilizasiyasına uyğun olmayan" bütün əcnəbilər deportasiya olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31