Marta Kos: 2040-cı ilədək Cənubi Qafqaz vasitəsilə daşımalar beş dəfə artacaq

"2030-cu ilə qədər Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar vasitəsilə konteyner daşımaları üç dəfə artacaq".

Teleqraf xəbər verir ki, bunu Özbəkistanda səfərdə olan Avropa Komissiyasının komissarı Marta Kos deyib.

"Böyük regional və qlobal problemlər mövcud nəqliyyat marşrutlarına təzyiq göstərir. Yeni infrastrukturu birlikdə qurmaqla özümüzə daha çox hərəkət azadlığı təmin edə bilərik. Variantların sayı çox olarsa, müstəqillik də daha çox olar. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar vasitəsilə konteyner daşımaları 2030-cu ilə qədər üç, 2040-cı ilə qədər isə beş dəfə artacaq. Amma investisiyalar islahatlar olmadan gəlməyəcək", - Avropa Komissiyasının komissarı bildirib.

Marta Kos bununla Transxəzər nəqliyyat dəhlizinin önəminə diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31