Trampın Ukrayna sülh planında əsas məqsəd budur
16:20 DünyaUkraynaya dair sülh planı bir məqsədə hesablanıb: Tramp administrasiyası Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərinə çıxş əldə etsin.
Olaylar.az xəbər verir ki, bu sensasion iddia ilə "Foreign Policy" çıxış edib.
Nəşrin məlumatına görə, sənəddə təsvir edilən sxem, dondurulmuş aktivlərin yalnız 1,5 faizinə sahib olmasına baxmayaraq, ABŞ-a bu vəsaitlər üzərində nəzarəti faktiki olaraq verir.
Plana görə, Amerika şirkətləri "Ukraynanın yenidən qurulması" üçün 100 milyard dollar, ABŞ hökuməti isə layihələrdən əldə edilən mənfəətin yarısını alır. Daha 200 milyard dollar ABŞ-Rusiya birgə investisiya fondu vasitəsilə istifadə olunacaq. Bu dövrdə Avropa vergi ödəyiciləri Ukraynanın yenidən qurulmasının əlavə xərclərini ödəməli olacaqlar.
FP qeyd edir ki, Trampın müqaviləni imzalatmağa tələsməsinin əsas səbəbi də budur. Ukrayna üçün bu aktivlərin ABŞ-ın nəzarətinə verilməsi onun yeganə etibarlı maliyyələşdirmə mənbəyinin - dondurulmuş Rusiya aktivləri ilə təmin edilmiş AB təzminat kreditinin itirilməsi demək olar.
Nəşrin məlumatına görə, planın taleyi Aİ-nin Rusiya aktivlərini nə qədər tez bir zamanda müsadirə edib Ukraynaya göndərə biləcəyindən asılıdır ki, bu da Amerika-Rusiya sxeminin əsas məqamını mənasız edəcək. (Musavat.com)