Kaxa Kaladze: Xaricdən ölkə əleyhinə yönəlmiş siyasət və medianın maliyyələşməsi aşkar edildi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi şəhərinin meri Kaxa Kaladze, onlayn media haqqında yayılmış məlumatları şərh edərkən jurnalistlərlə söhbətində mühüm bir bəyanatla çıxış edib.

Kaladzenin sözlərinə görə, illərdir danışılan məsələ indi üzə çıxıb: "Nəhayət, illərdir danışdığımız şey aşkarlandı - xaricdən pul gəlir, hansı ki, bu vəsait siyasətin və əsasən ölkə əleyhinə köklənmiş medianın maliyyələşdirilməsinə sərf olunur."

O qeyd edib ki, "bütün bunlar kənardan idarə olunur": "Biz bilirik ki, bütün bunlar xaricdən idarə olunur. Onların öz sahibləri var və təlimatları kənardan alırlar. Avropa Parlamentinin üzvlərindən biri birbaşa çıxış edərək Gürcüstana necə pul çatdırmağın yollarını axtardığımızı söylədi. Yəni, onlar Gürcüstana pul gətirmək və yenidən siyasətə sərf etmək üçün "qara dəliklər" axtarırlar. Baxın, səfirlər hansı bəyanatları verirlər. Diplomatik missiya ilə ölkədə olan səfir sadəcə siyasi prosesə qarışır və siyasi bəyanatlar verir, hansılar ki, həm də yalanlara əsaslanır, nifrətin dərinləşməsinə, qütbləşməyə kömək edir, radikal qrupları təşviq edir və s.," - deyə Kaladze bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31