ABŞ kosmosdan ələ keçirən qurğuların hazırlanması üçün müqavilələr imzalayıb- ÖZƏL

ABŞ Kosmik Qüvvələri "Qızıl Kəmər" raketdən müdafiə sistemi çərçivəsində kosmosdan hədəf ələ keçirən qurğuların hazırlanması üçün bir neçə müqavilə imzalayıb. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb. Məlumata görə, hər bir müqavilənin dəyəri 9 milyon dollara qədərdir. Kosmik Qüvvələrin açıqlamasında bildirilir ki, seçim prosesi "etibarlı və çox diqqətlə" aparılıb. Təhlükəsizlik səbəbindən podratçı şirkətlərin adları açıqlanmır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 28-də "Qızıl Kəmər" adlı yeni kosmik raketdən müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Financial Times yazır ki, bu sistem kosmosda lazerlə təchiz olunmuş perexvatçıların yerləşdirilməsini nəzərdə tutur və onların əsas vəzifəsi nüvə silahlarını məhv etməkdir. Tramp mayın 20-də bildirib ki, sistemin arxitekturası ilə bağlı qərar qəbul edilib. Layihəyə təxminən 175 milyard dollar ayrılması təklif olunur. Prezidentin sözlərinə görə, yeni müdafiə sisteminin yaradılması üç ildən bir qədər az vaxt tələb edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31