Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın cənub-qərbində 5,5 bal gücündə zəlzələ olub.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanın episentri 680 minə yaxın insanın yaşadığı Kumamoto şəhərindən 38 kilometr şərqdə qeydə alınıb. Yeraltı ocağı isə 22 kilometr dərinlikdə olub.

Dağıntılar və ya zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31