Belarus Xarici İşlər Nazirliyi: Minsk Aİ-dən uzaqlaşmır- ÖZƏL

Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, Minsk Avropa İttifaqından uzaqlaşmır, əksinə, Aİ özü münasibətləri məhdudlaşdıraraq özünü təcrid edir.
Olaylar.az xəbər verir ki, nazir bu barədə Rusiyanın və Belarusun Xarici İşlər nazirliklərinin birgə kollegiya iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
"Biz Avropa İttifaqından uzaqlaşmırıq. Hazırda paradoksal bir vəziyyət yaranıb - Aİ müəyyən sahələrdə əməkdaşlığı məhdudlaşdırmaqla həm bizdən, həm də Rusiyadan özünü təcrid edir", - Rıjenkov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31