Türkiyədə BƏƏ-nin casusları SAXLANILDI

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Baş Prokurorluq və ölkənin Milli Kəşfiyyat Xidməti (MİT) Birləşmiş Ərəb Əmirliklərinin maraqları üçün siyasi və hərbi casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat həyata keçirib. Nəticədə dörd şübhəlidən üçü saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, BƏƏ kəşfiyyatçıları bir sıra xarici ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq, türk nömrələri və saxta profillərdən ölkənin müdafiə sənayesinin yüksək rütbəli işçiləri, eləcə də Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında məlumat toplamaq üçün istifadə ediblər.

Xaricdə olan dördüncü şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31