Rüttedən Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA

Azərbaycan və Ermənistan hazırda Gürcüstanla müqayisədə daha əlverişli vəziyyətdədir.

Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Avropa "Azadlıq Radiosu"na verdiyi müsahibədə bildirib.

"Gürcüstanda baş verənlərə qarşı mən heç də sadəlövh deyiləm. Biz çox narahatıq və bunu gürcü tərəfinə açıq şəkildə bildirmişəm. Biz onlarla əməkdaşlıq edirik. Məncə, əməkdaşlık özü-özlüyündə vacibdir ki, narahatlıqlarımızı izah etmək üçün əlavə kanalımız olsun.

Gəlin məsələyə daha geniş baxaq: Gürcüstan var, amma eyni zamanda Ermənistan və Azərbaycan arasında baş verənlər var və görünür ki, onlar daha yaxşı vəziyyətdədirlər - o cümlədən prezident Trampın gördüyü işlər sayəsində. Ona görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim", - deyə Rütte vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31