Aİ xarici işlər nazirləri Ukrayna məsələsini müzakirə etmək üçün videokonfrans keçirəcək- ÖZƏL

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 26 noyabr tarixində Ukraynadakı münaqişənin həlli ilə bağlı fövqəladə videokonfrans keçirəcəklər. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, görüş ABŞ-ın təklif etdiyi sülh planı ətrafında aparılan müzakirələrin davamı olacaq. Bu müzakirələr Almaniya, Fransa və Böyük Britaniya nümayəndələrinin, eləcə də Aİ institutlarının ABŞ və Ukrayna ilə 23 noyabrda Cenevrədə keçirilən konsultasiyalarından başlayıb, 24 noyabrda Anqolada Aİ-Afrika İttifaqı sammiti çərçivəsində keçirilən fövqəladə Aİ sammiti ilə davam edib. Müzakirələrin əsas nəticəsi Aİ-nin Ukrayna üzrə danışıqlar masasında təmsil olunması tələbidir. Brüssel ABŞ-ın Avropada dondurulmuş Rusiya aktivlərinin bir hissəsini idarəetməyə götürməsinə yol verməməyi, Ukrayna Silahlı Qüvvələrinə hərbi məhdudiyyət qoyulmamasını təmin etməyi, həmçinin Ukraynanın NATO-ya qoşulması və Qərb hərbi qüvvələrinin ölkədə yerləşdirilməsi imkanlarını saxlamağı planlaşdırır.
Ərazi məsələsinə gəldikdə isə, Aİ "Ukraynanın suverenliyi və sərhədlərinə hörmət edilməsini" tələb edir, lakin praktikada bu məsələni Kiyevin ixtiyarına buraxmağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31