Karapetyan: Paşinyan "insanları nüfuzdan salmaqda yaxşı mütəxəssis"dir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan "Facebook" səhifəsində yazıb ki, Baş nazir Nikol Paşinyan yenicə "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin idarəçisini yanına çağıraraq, onun iştirakı ilə şirkəti ələ keçirməyin əsaslarını ictimaiyyətə təqdim etməyə çalışıb.

Narek Karapetyan qeyd edib ki, bu müzakirəni "bənd-bənd" şərh edəcəklər. Karapetyan Paşinyanı "insanları nüfuzdan salmaqda yaxşı mütəxəssis" adlandırsa da, onun "detallara varmadığını" və bunun onun "zəif tərəfi" olduğunu bildirib.

Bu açıqlama Paşinyanın ölkənin əsas enerji şirkətlərindən birinə nəzarət etmək cəhdlərinə qarşı müxalifətin mövqeyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31