Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyişə şübhə edir
13:33 DünyaDonald Tramp insanları Rusiya-Ukrayna danışıqlarında irəliləyiş barədə məlumatlara konkret nəticələr ortaya çıxana qədər etibar etməməyə çağırıb.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti sosial şəbəkədə yazdığı statusda Moskva və Kiyev arasında sülh danışıqlarında əhəmiyyətli irəliləyiş barədə məlumatların doğruluğuna şübhə ilə yanaşdığını bildirib. Bununla belə, o, müsbət irəliləyişlərin hələ də mümkün olduğunu etiraf edib: "Rusiya və Ukrayna arasında sülh danışıqlarında həqiqətən əhəmiyyətli irəliləyiş əldə edilibmi? Görənə qədər buna inanmayın, amma bəlkə də yaxşı bir şey baş verir."
Bir gün əvvəl Tramp həmçinin Ukrayna və Avropa hakimiyyət orqanlarının hərəkətlərindən narazılığını bildirib ki, bu, onun fikrincə, təklif etdiyi münaqişələrin həlli planının həyata keçirilməsinə mane olur.
Belə deyərkən, o, "sülh planı"nən detallarının mediaya sızdırılmasını, bunun ajiotaj yaratmasını və etiraza səbəb olmasını nəzərdə tutur. (Musavat.com)