İsrailin zərbələri Qəzza zolağında heyvanları demək olar ki, tamamilə məhv etdi - ÖZƏL

İsrailin hərbi zərbələri Qəzza zolağında mal-qaranın demək olar ki, tamamilə məhv olmasına səbəb olub. Olaylar.az xəbər verir ki,  Yerli Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Əmirliyin The National qəzetinə verdiyi müsahibədə bildirdiyinə görə, müharibə yalnız heyvanları yox, həm də bölgədəki bütün həyat tərzini məhv edib.
Nazirliyin məlumatına görə, heyvanlar İsrail ordusunun hava zərbələri nəticəsində tələf olub. Eyni zamanda, yerli sakinlər də qida çatışmazlığı səbəbindən mal-qaranı kəsib. Nəticədə Qəzzadakı iri buynuzlu mal-qaranın 95%-i, qoyunların 57%-i və ev quşlarının 99%-i məhv edilib. Xüsusilə Hən-Yunis şəhəri və şimal əraziləri ciddi zərər görüb və hazırda İsrail ordusunun nəzarətindədir. Nazirlik bildirib ki, heyvandarlıq sektorunun bərpası onilliklər tələb edəcək.
The National qəzetinə danışan yerli fermerlərdən biri bildirib ki, təsərrüfatını itirməsi yalnız böyük maddi zərbə vurmayıb, həm də həyatının mənasını itirməsinə səbəb olub. Qəzet həmçinin qeyd edir ki, Qəzza əhalisi artan ərzaq çatışmazlığı ilə üzləşir. Bundan əvvəl BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın Qəzza zolağına humanitar yardım çatdırılmasını artırmaq üçün aktiv tədbirlər gördüyünü açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31