Rubio Kallasla görüşməkdən İMTİNA ETDİ - SƏBƏB

ABŞ dövlət katibi Marko Rubio Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə ikitərəfli danışıqları ləğv edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" bir sıra avropalı rəsmilərə istinadən məlumat yayıb.

Onların mənbələrinə görə, hətta prezident Donald Trampın administrasiyasında ən çox avropapərəst hesab edilən və Ukrayna danışıqlarına daha çevik yanaşmanın tərəfdarı sayılan Rubio da Kallasla şəxsən görüşməkdən imtina edib.

Mənbələr qeyd edir ki, bu qərarın səbəblərindən biri Kallasla Trampın komandası arasında son aylarda yaranmış gərgin münasibətlər ola bilər.

Nəşr vurğulayır ki, yüksək səviyyəli təmasların olmaması ABŞ-ın mümkün sülh planı ətrafında davam edən müzakirələr fonunda Vaşinqton və Brüsselin Ukrayna məsələsində mövqelərinin koordinasiyasını çətinləşdirir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31