Əks cinsin fotolarını bəyənmək boşanma səbəbi sayılacaq

Türkiyənin Kassasiya Məhkəməsi sosial şəbəkələrdə əks cinsə məxsus paylaşımları bəyənməyin ailə etimadına zərər vurduğunu və boşanma üçün əsas təşkil etdiyini rəsmən təsdiqləyib.

Olaylar.az xəbər verir ki, Kayseridə bir cütlüyün boşanma işi zamanı qadın ərini digər qadınların fotolarını bəyənməkdə və sədaqətsizlikdə ittiham edib. Kişi isə həyat yoldaşını həddən artıq qısqanclıqda və ailə böyüklərini təhqirdə günahlandırıb.

Birinci apellyasiya məhkəməsi əsas məsuliyyətin kişidə olduğunu müəyyən edib və sosial şəbəkədə əks cinsin fotolarını bəyənməyin "etimada zərbə" olduğu qənaətinə gəlib.

Kassasiya Məhkəməsi də qərarı qüvvədə saxlayaraq qadına 30 min lirə maddi, 30 min lirə mənəvi təzminat və aylıq 1000 lirə aliment verilməsini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31