Paşinyanın partiyasında seçki metodu: "Vətəndaş Müqaviləsi" namizədləri necə seçəcək? – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Qraparak" qəzetinin yazdığına görə, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" (VM) partiyasının İdarə Heyəti yaxın günlərdə deputatlığa namizədlərin hansı prinsiplə seçiləcəyi barədə qərar qəbul edəcək.
Seçim prosesinin mart ayının sonunda keçiriləcək növbədənkənar qurultay zamanı reallaşması planlaşdırılır.

Təxminən min nəfər nümayəndə İdarə Heyətinin irəli sürdüyü namizədlər siyahısından seçim edəcək. Məsələn, 200 namizəddən hər nümayəndənin 30 nəfərə səs vermək hüququ olacaq. Səsvermənin yekun nəticəsinə əsasən, səs sayına görə yekun namizədlər siyahısı tərtib ediləcək.

Hakim komanda eyni zamanda siyahıya peşəkar mütəxəssisləri (iqtisadçılar, maliyyəçilər, politoloqlar və s.) daxil etməyi müzakirə edir. Onların siyahıya müsabiqəsiz, yoxsa müsabiqə yolu ilə daxil ediləcəyi isə hələlik qətiləşməyib.
Partiyanın bu addımı, yaxınlaşan seçkilər ərəfəsində siyasi komandanın tərkibini yenidən formalaşdırmaq niyyətini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31