KTMT sammitindən sonra kollektiv müdafiə ilə bağlı 10-dan çox sənəd imzalanacaq- ÖZƏL

Qırğızıstan paytaxtında keçiriləcək KTMT sammiti nəticəsində kollektiv müdafiənin gücləndirilməsinə dair 10-dan çox sənəd imzalanacaq. Olaylar.az xəbər verir ki, Bunu Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sagunbek Abdumutalip bildirib. Onun sözlərinə görə, sammitin yekununda "kollektiv müdafiə mexanizmlərinin" daha da möhkəmləndirilməsi, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və hərbi-siyasi sahədə kooperasiyanın genişləndirilməsi məqsədilə 10-dan çox qərar imzalanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31