ABŞ-nin müdafiə naziri Əbi-Dabidə ruslarla danışıqlar aparıb
11:10 DünyaABŞ-nin müdafiə naziri Daniel Driskol Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə bir neçə saatlıq danışıqlar aparıb və bu gün yenidən görüşməyi planlaşdırır.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ nümayəndəsi Ukraynadakı münaqişənin həlli üçün mümkün addımları müzakirə etməkdən ötrü BƏƏ paytaxtına gəlib. Driskol və Rusiya tərəfi arasında danışıqlar 24 noyabr axşamı başlayıb və bir neçə saat davam edib. Rusiya nümayəndə heyətinin tərkibi açıqlanmayıb.
CBS News mötəbər mənbəyə istinadla aydınlaşdırıb ki, görüş zamanı sülh prosesinin irəliləməsi perspektivləri müzakirə olunub. Növbəti danışıqlar raundu bu gün axşama planlaşdırılıb. Hazırda Ukrayna nümayəndələri ilə mümkün görüş barədə heç bir məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31