Durov Çarli Kirkin qətlində Fransadan şübhələnir

Telegram-ın qurucusu Pavel Durov Fransa hakimiyyətinin Çarli Kirkin qətlində iştirakı ola biləcəyi versiyasını dəstəkləyib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, X sosial şəbəkəsindəki paylaşımında Durov amerikalı bloqer Kendis Ouensin açıqlamasına münasibət bildirib. O, məlumatı Fransa hökumətinin yüksək vəzifəli nümayəndəsindən aldığını iddia edir. Onun sözlərinə görə, Kirki öldürməkdə şübhəli bilinən şəxs Fransa xarici legionunun 13-cü briqadasında təlim keçib.

Durov yazıb ki, Çarli Kirkin Fransa haqqında Makrona dediyi hər şeyi təhlil etdikdən sonra Kandisin Fransanın onun ölümündə iştirakı ilə bağlı məlumatlarını tamamilə inandırıcı hesab edib.

O, həmçinin Kirkə hörmətini ifadə edərək, onu təhlükəsizliyi təhdid olunsa belə, həqiqəti deməkdən çəkinməyən "qəhrəman" adlandırıb.

Xatırladırıq ki, bu ilin iyul ayında Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit K.Ouensə qarşı ABŞ-da məhkəmə iddiası qaldırıblar. Səbəb onun Bricit Makronun guya kişi olduğu barədə verdiyi açıqlama idi.

Durov 2024-cü ilin avqust ayında Fransada mütəşəkkil cinayətkarlıqla bağlı ittihamlarla, o cümlədən məlumatları hakimiyyətə təqdim etməkdən imtina etməklə həbs edilib. Daha sonra o, səyahət məhdudiyyətləri ilə girov müqabilində azadlığa buraxılıb, lakin sonradan məhkəmə ona ölkəni tərk etməyə icazə verib. Hazırda Durov Dubaydadır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31