ABŞ Ukrayna üzrə sülh planını bu tarixdə hazırlayıb - ŞOK
25 Noyabr 10:14 DünyaABŞ Ukrayna münaqişəsinin həlli planı üzərində oktyabr ayında Qəzza atəşkəsi sazişi imzalandıqdan dərhal sonra işləməyə başlayıb.
Olaylar.az xəbər verir ki, məlumatı "The Daily Beast" qəzeti yayıb.
Bildirilir ki, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Yaxın Şərqdən ayrıldıqdan dərhal sonra Ukrayna üçün planın ilk layihəsi üzərində işləməyə başlayıblar. Qəzetin iddiasına görə, 28 maddəlik plan hazırlanarkən onlar Rusiya tərəfi ilə məsləhətləşiblər. Bundan əlavə, layihə hazırlayanlar Vladimir Zelenski ilə ən azı iki dəfə telefonla danışıblar. Lakin qəzet qeyd edir ki, planın əksər müddəaları münaqişə tərəfləri ilə məsləhətləşmələrdən əvvəl hazırlanıb.
Dövlət katibi Marko Rubio planın surətini 18 noyabrda alıb. Qeyd olunur ki, ABŞ dövlət katibi layihədən xəbərdar olub, lakin sənədin hazırlanmasının miqyasından xəbərsiz idi.
Qeyd edək ki, 23 noyabrda ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik sülh planı ilə bağlı məsləhətləşmələr aparıblar. Rubio görüşü münaqişə dövründə "ən məhsuldar" görüş adlandırıb. Ukrayna mediası Vaşinqton və Kiyevin planın böyük hissəsi üzrə razılığa gəldiyini bildirir. Rubionun qeyd etdiyinə görə, ABŞ Ukraynanın Avropaya inteqrasiyası və NATO üzvlüyü ilə bağlı məqamları ayrıca danışıqlar mövzusu olaraq ayırmağa razılaşıb. "The Washington Post" qəzetinin məlumatına görə, bu məsləhətləşmələrdən sonra planın bəndlərinin sayı 19-a endirilib. (Musavat.com)