Ermənistan hökuməti və KİLSƏ ARASINDA gərginlik artır

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın dairədə bildirib ki, hökumət maraqlarını təmin etmək məqsədilə xüsusi bir dini qrup formalaşdırılıb. 

Olaylar.az xəbər verir ki, "Joxovurd" qəzeti öz mənbələrinə istinadla yazır ki, bu qrup Katolikos Garegin II əleyhinə plan hazırlayır və fəaliyyət göstərir.

Qəzetin məlumatına görə, bu dini qrupun üzvləri daxili müzakirələr zamanı Katolikos ətrafındakı şəxslər və onların günahına görə başlayan anti-kilsə kampaniyası haqqında mütəmadi danışmalıdırlar. Mənbələr iddia edir ki, bu fəaliyyətlər Ermənistan Apostol Kilsəsi daxilində narazılığa səbəb ola və Katolikos Garegin II əleyhinə etirazları gücləndirə bilər. Nəticədə onun Etçmiədzin rezidensiyasını tərk etməyə məcbur olacağı ehtimal edilir.

Qəzet Paşinyanın özəl görüşlərində kilsəyə təzyiqin yaxın zamanda artacağını və hökumətin arzuladığı nəticələri əldə edəcəyini bildirdiyini yazır.

Mənbələr həmçinin bildirirlər ki, Katolikos tərəfindən dini statusdan məhrum edilmiş Ata Ter Aram (Stepan Asatryan) bu qrupun rəhbəri olacaq və Katolikos əleyhinə çıxış edəcək. Ter Arama hökumət tərəfindən istədiyi şəkildə hərəkət etmək üçün bütün zəmanətlər verilib. Məqsəd isə Katolikosun vəzifəsindən uzaqlaşdırılması, Etçmiədzin rezidensiyasından çıxarılması və Stepana Asatryanın kilsəyə geri qaytarılmasıdır.

Bu hadisələr Ermənistan kilsəsi və hökuməti arasında gərginliyin daha da dərinləşdiyini göstərir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31