Aİ Trampın Ukrayna planından sonra ABŞ-a tam arxalana bilməz -ÖZƏL
09:45 DünyaAvropa İttifaqı artıq Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-a əvvəlki kimi tam güvənə bilməz. Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın Xristian Demokrat / Xristian Sosial İttifaqı (XDS/XSS) fraksiyasının xarici siyasət eksperti Norbert Röttgen "Financial Times" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Ukrayna planının ortaya çıxmasından sonra Berlində "şok ab-havası" hökm sürür. "Avropalıların artıq bir təcrübəsi var: biz Amerikaya əvvəlki kimi etibar edə bilmirik. İkinci Dünya Müharibəsindən bu yana belə bir vəziyyət olmamışdı. İndi isə tamam yeni bir dünyada yaşayırıq", - deyə Rotgen vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31