Təyyarə yarıaçıq qapı ilə uçuşu tamamladı
07:28 DünyaUnited Airlines United Airlines şirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsi Sietldən Denverə uçuşunu qapısı yarıaçıq vəziyyətdə başa vurub.
Teleqraf xəbər verir ki, bu barədə PYOK portalı məlumat yayıb.
Məlumata görə, təyyarənin havaya qalxması zamanı aviaşirkətin əməkdaşı gövdənin xarici hissəsindən güclü səs eşidib. Yoxlamadan sonra müəyyən edilib ki, uçuş zamanı qapının açılıb-bağlanma mexanizminin dəstəyində nasazlıq olub. Buna baxmayaraq, qapı tam açılmadığı üçün salonun hermetikliyi qorunub və uçuş təhlükəsiz şəkildə davam etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31