Namibiyada Adolf Hitler regional seçkidə iştirak edəcək

Ompundca rayonunun rəhbəri Adolf Hitler Uunona adlı yerli siyasətçi Namibiyada yenidən diqqət mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Adolf Hitler Uunona 2004-cü ildən bu yana rayona rəhbərlik edir və 2020-ci ildə keçirilən seçkidə səslərin təxminən 85 faizini qazanaraq yenidən seçilib.

O, 26 noyabrda keçiriləcək regional seçkidə iştirak edəcəyini təsdiqləyib. Uunona nasist cinayətləri ilə heç bir əlaqəsinin olmadığını vurğulayaraq, ictimai tədbirlərdə yalnız "Adolf" adından istifadə etdiyini bildirib.

Qeyd edək ki, Namibiya 1884-cü ildən Almaniyanın müstəmləkəsi olub. Birinci Dünya Müharibəsi zamanı - 1915-ci ildə ölkə Cənubi Afrika qoşunları tərəfindən işğal edilib. Namibiya yalnız 21 mart 1990-cı ildə müstəqillik əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31