Polşa silahlanma ilə bağlı planı təsdiqlədi

Polşa Ukraynadakı hadisələrdən asılı olmayaraq silahlanmağa davam etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan edib.

Kosiniyak-Kamış Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar prosesini şərh edib və Polşanın vəziyyətdən asılı olmayaraq silahlanacağını vurğulayıb.

"Danışıqlar prosesindən gələn müsbət siqnallar Polşanın ordusunu modernləşdirmək səylərini məhdudlaşdırmağa gətirib çıxara bilməz. Biz hələ də özümüzü silahlandırmalıyıq", - Polşa Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31