Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 654 nəfərə çatıb.

Məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlayıb.

Məlumata görə, 2023-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan ölkə əhalisi bu ilin ilk 9 ayında 315 min 710 nəfər artıb. 1 iyul-1 oktyabr dövründə isə artım 155 min 800 nəfər təşkil edib.

Beləliklə, Türkiyənin əhalisi 1 oktyabr 2024 tarixinə olan göstəriciyə əsasən 85 milyon 980 min 654 nəfərə çatıb.

Açıqlamada həmçinin bildirilib ki, əhalinin 50,02 faizini (43 milyon 3 min 770 nəfər) kişilər, 49,98 faizini isə (42 milyon 976 min 884 nəfər) qadınlar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31