Si Cinpin: “Ukrayna üzrə razılaşma böhranın əsas səbəblərini aradan qaldırmalıdır” - ÖZƏL

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon danışığında Ukrayna ilə bağlı razılaşmanın böhranın köklü səbəblərini aradan qaldıracağına ümid etdiyini bildirib.

"Çin tərəfi bütün tərəflərin fikir ayrılıqlarını davamlı şəkildə azaltmasını və mümkün qədər tez ədalətli sülh razılaşmasına nail olunmasını gözləyir", - Olaylar Si Cinpinin sözlərini sitat gətirib.

Xatırladaq ki, Si Cinpin və Donald Tramp arasında telefon danışığı baş tutub.

Almaniya kansleri Fridrix Merts isə Ukraynada sülhün bir anda bərpa olunmayacağını vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvanın Ukraynanın nizamlanması ilə bağlı Avropa planından xəbərdar olduğunu və bu planın Rusiyaya uyğun olmadığını bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31